Qaynar xətt:

(+99450) 247 90 86

Çağırışçılarla bağlı bu qayda da dəyişir

Çağırışçılarla bağlı bu qayda   da    dəyişir

CƏMİYYƏT

393

27.12.2024, 13:41

Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir. 

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.

Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.