Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89783
az

Əmək haqqından vergi tutulması necə həyata keçirilir? - HÜQUQİ YARDIM 

23:1224 May, 2023
739
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu Əmək haqqından vergi tutulması qaydaları ilə bağlıdır.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə rəhbəri Əvəz Quliyevin şərhinə əsasən, fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur: 

“Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14%, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur.

Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 manat, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir”.

Ə.Quliyevin sözlərinə görə, milli qəhrəmanları, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.

Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.

Misal 1: Fiziki şəxsin aylıq gəliri 450 manat olduğu halda, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155=295*14%=41,3 manat

DSMF: 450*3%=13,5 manat

Deməli, vergi çıxıldıqdan sonra ələ çatan pul: 450-(41,3+13,5)=395,2 manat

Misal 2: Fiziki şəxs məcburi köçkün olduğu halda və əməkhaqqı 450 manat təşkil etdikdə, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155-100=195*14%=27,3 manat

DSMF: 450*3%=13,5 manat

Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 450-(27,3+13,5)=409,2 manat

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar