Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89144
az

Azərbaycanda ŞOK HADİSƏ: Qardaşının 13 yaşlı qızını Bakıya qaçırıb TƏCAVÜZ ETDİ

14:4715 May, 2023
404
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub.

 

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi qeyd edilib.

 

Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət sonra yeniyetmə qızın əmisi tərəfindən Bakıya gətirilməsi və E.Mustafayevin paytaxtda kirayə tutduğu evdə birgə yaşaması məlum olub. Polis əməkdaşları onların yerini müəyyən edərək qızı tapıb və ailəsinə təhvil veriblər.

 

Araşdırmalar zamanı əmisinin məktəbli qızı aldadaraq paytaxta gətirməsi və çirkin əməllərini Bakıda da davam etdirməsi məlum olub.

 

O da məlum olub ki, hadisəni törədən E.Mustafayev əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə gedib. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü