Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88615
az

Günün qoroskopu: Yaşam arealınızı daha rahat edin9 May 2023

03:2509 May, 2023
157
MANŞET
  • A

Qoç - iş və gərginlik artır. Yeni planlar sizi ruhlandıracaq. Amma sizi nə isə geri çəkəcək. Çin olmayacaq arzularla ümidlərə aldanmayın.

Sizi pərişan edə biləcək informasiyanın alınması, harasa yollanmaq və problemləri çözmək ehtiyacı yarana bilər. Çətin situasiyada çıxış yolunu tapmaq imkanı formalaşır.

Öz işlərinizlə məşğul olmaqla yanaşı, yaxın ətrafınızdakı insanların problemlərinin həllinə diqqət ayırmağı da unutmayın.

Səhhətinizə fikir verin.
Günün ikinci yarısında fiziki iş, ev işi, açıq havada gəzintidə fayda var.

Buğa - şəraitdəki ən kiçik dönüşlərə ifrat emosionallıqla reaksiya verməyin. Hisslərinizin əsiri olmayın, yaşananlarda yalnız mənfi çalarlar aramayın.

Ani impuls və ya daxili gərginlik nəticəsində özünüzlə yanaşı, yanınızdakı insanların əməllərini yanlış dəyərləndirməyin.
Səfər və görüşü təxirə salın.

Axınla hərəkət edin, ehtiyac yarananda situasiyadan asılı olaraq duruma düzəlişlər edin.
Böyük məsrəf və məntiqsiz xərc tələb edən işlə bağlı sizi dilə tutmağa çalışacaqlar, amma belə təkliflərə aldanmayın. İşdən və ya sövdələşmədən əldə ediləcək gəliri hesablamamış razılaşmayın.

Köhnə münasibətləri qaydaya salın, yeni tanışlıqlardan faydalanmağın yollarını düşünün.

Əkizlər - fəaliyyət tempini nizamlayın, bir qədər ehtiyatlı davranın. Tərəfdaş və ya iş yoldaşınızın maraqları, problemlərində hali olmağa çalışsanız, səyləriniz minnətdarlıqla qarşılaşacaq.

Günün ikinci yarısında hissiyata güvənin, hadisələrin inkişaf məcrasına sərt müdaxilə etməyin.
Təkliflər və yeni imkanlar diqqətəlayiqdir. Münasibətlər dayanıqlı deyilsə, istənilən xırdalıq səbr kasasını daşdıra biləcək son damla ola bilər.

Həssas olmasanız, etibarlı və səbatlı olmasını istədiyiniz məkanda qarğaşa yarana bilər.
Bütün diqqəti işə yönəldin, yaxın ətrafınızdakı insanlara yalnız ehtiyac yarandığı təqdirdə müraciət edin.

Xərçəng - konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.

Birgə fəaliyyəti razılaşdırın.
Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.

Mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.

Can atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin.
Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.

Şir - işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.

İkinci dərəcəli işlərlə məşğul olmayın.
Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.

Şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.
Alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq.
Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.

Qız - görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir. Bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.

Uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.

Ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək.

Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.

Tərəzi - işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq.
Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın.

Səhhətinizə diqqət yetirin.
Əsəbi və fiziki yorğunluğa imkan verməyin, münaqişəli situasiya yaratmayın.

Yanınızda sizi anlayacaq, problemlərinizi bölüşəcək, yaşamınızda baş verənlərə görə məsuliyyətin bir hissəsini qəbul edəcək insan olarsa, işlərin axarı daha da asanlaşacaq.
Xərclərə nəzarət edin. Alış-verişdə diqqətli olun.

Əqrəb - ciddi və önəmli məsələlərlə bağlı ünsiyyətin mühüm olduğu gündür. Gərəkli insanlarla görüşün, yazışmada passivlik etməyin. Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər.

Amma o xəbərlərin arasında sizi daha aktiv edəcək, hərəkətə gətirəcək məlumat da olacaq.
İrimiqyaslı iş və ya yeni layihə ilə bağlı planlar qurmayın.

Dəyişən situasiyaya vaxtında reaksiya verin.
Ailədəki problemlərdən biri üzə çıxacaq. Müəyyən məsələ ilə bağlı sürətli və qəti qərar qəbul etmək gərəkdir.

Günün ikinci yarısında yerdəyişmələrin intensivliyini azaldın. Gərgin durum qəza və travma risklərini artırır.

Oxatan - aktiv, gərgin gündür. Məntiq və zərurət çərçivəsində davranın. Kollektivdə xırda problemlər və detallarla bağlı yaranmış təlaşı dəf edin. Gerçəkdən də, mühüm məsələdən diqqəti yayındırmayın.

Emosiyalarla hisslərdə qarışıq dövr başlanacaq. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun.

Kimsənin yoluna keçməyin. Ağır vəziyyətə düşərək yardım istəyən insana dəstək verin.
Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.

Oğlaq - münaqişəli situasiyanın mərkəzində ola bilərsiniz. Sizə qarşı sərt və yetərincə aqressiv təzyiq cəhdləri olacaq. Bu səbəbdən də məşğuliyyət, fəaliyyət və ünsiyyət dairəsini seçəndə diqqətli olun.

Günün ikinci yarısında çox mürəkkəb problemi həll etməli olacaqsınız. İmpulsiv davranmayın, birmənalı olmayan vəziyyətdə bir qədər fasilə edin.

Səhhətinizə diqqət yetirin. Xroniki ağrılar kəskinləşə bilər. Travma riski var.
Uşaqları qoruyun.

Dolça - narahatlıq və təlaş səviyyəsi yüksəkdir.
Özünüzü tənha hiss edəcəksiniz, ünsiyyət müsbət hisslər yaratmayacaq. Yaxın ətrafınızdakı insanlara inanmır, ciddi məsələlərdə əminlik duymursunuz. Münasibətlərlə bağlı ciddi məsələlərə toxunmaq olar.

Yaşam arealınızı daha rahat edin, iş yerini qaydaya salın.
Bu gün bir sıra məqamlara aydınlıq gətirin.

Əks halda daxili harmoniya və sakitlik hissi yaranmayacaq.

Axşam saatlarında açıq havada olun, gəzintiyə çıxın.

Balıqlar -  niyyətlərinizdə ciddi və səmimi olun. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, kateqorik fikirlər söyləməyin. Heç bir olayı və ya prosesi süni şəkildə sürətləndirməyə çalışmayın. Şərtlər və situasiya özləri izhar olunmalıdır.

İmkan varsa mühüm tədbiri, səfəri, yoxlama və şəxsi görüşləri təxirə salın.
Səhhətiniz və sevdiyiniz insanların rifahını ön plana çıxarın.

Axşam saatlarını sakit şəraitdə keçirin.
Mütaliə, internetdə vaxt keçirmək, dostlardan biri ilə ünsiyyət məsləhətdir.

Səs-küylü məclis və kütləvi əyləncələrdən uzaq durun.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır