Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88547
az

Daun sindromu olan uşaqların BU  hüquqları var imiş  -  HÜQUQİ YARDIM 

16:5906 May, 2023
327
HÜQUQ
  • A

Bu dəfəki yazımızda daun sindromu diaqnozu ilə dünyaya gələn uşaqların və onlara qulluq edən şəxslərin hüquqları haqqında danışacağıq. Dünyada doğulan hər 800-1000 uşaqdan 1-i daun xəstəliyindən əziyyət şəkir. “Günəşin övladları” kimi adlandırılan daun sindromlu uşaqlar sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hesab edilir.

Qanunvericilikdə əlilliyi olan uşaq dedikdə müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə barabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştiraka mane olan sabit fiziki, psixi, əqli və ya hisssiyat pozuntuları olan şəxs, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxs başa düşülür.

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya imkanlarının tamamilə yaxud qismən itirilməsində təzahür edir.

Daun sindromlu uşaqların hüquqlarının təminatı kimi qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulub. Belə şəxslərin tibbi reabilitasiya, peşə-əmək reabilitasiyası, sosial bacarıqlarının inkişafı, inklüziv təhsil və s. kimi hüquqları vardır.   İnklüziv təhsil – əlilliyi olan şəxslərin təhsil müəssisələrində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə digər şəxslərlə birgə təhsilə cəlb edilməsidir.  Həmçinin belə şəxslərin inteqrasiya (əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştrakına şəraitin yaradılması), bərabərlik (əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması), əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi kimi hüquqları da vardır.

Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud olan şəxsin təhsil almasında çətinlik yaranan hallarda onların təhsili dövlət büdcəsinin vəsaiti hesabına evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir.

Qanunvericilik təkcə sağlamlıq imkanları məhdud uşaqların deyil, onlara qulluq edən şəxslərin də hüquqlarının təmin olunması üçün müəyyən təminatlar nəzərdə tutur. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi də bu təminatlardan biridir.

Daun sindromlu uşaqlara sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə təyin edilən müavinət verilir. Bu müavinətin məbləği 150 manatdır.

Daun sindromlu uşaqlara  sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə təyin edilən müavinət verirlir. Bu müavinətin məbləği 150 manatdır.

Ölkəmizdə bu cür şəxslər üçün “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Burada kompüter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Həmçinin mərkəzdə heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Binanın yeməkxanasında daun sindromluların rahat qidalanması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası tikilibdir.

Sağlamlıq imkanı məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial ekspert komissiyasında pulsuz müayinə olunmaq hüququ vardır.

Müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) valideyn himayəsindən məhrum olan bu cür uşaqlar dövlət himayəsində yaşayırlar.

Hazırladı: Rüxsarə Məmmədova 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA