Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88370
az

Qarabağda işləmək üçün işçi axtarılır - MAAŞ 1430 MANAT

23:5203 May, 2023
1879
ELANLAR
  • A

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

Hüquqşünas
 

Son tarix 03 iyn 2023 - [email protected]

Vəzifə öhdəlikləri:
Hüquqi fəaliyyət üzrə metodik və normativ materiallar hazırlamaq.
Xidmətin müxtəlif subyektlərlə bağladığı müqavilələrin ekspertizasının aparmaq.
Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində bir başa rəhbərinə təkliflər vermək.
Fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq.
Xidmətin fəaliyyətində qanunlara əməl olunmasını və onun qanuni mənafelərinin müdafiəsini təmin etmək.
Xidmətdə hazırlanmış əmrlərin, əsasnamələrin və digər hüquqi xarakterli aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onları təsdiq etmək, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək.
Mövcud qanunvericiliyə zidd olaraq qəbul edilmiş hüquqi aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün tədbirlər görmək.
Xidmətin fəaliyyətində yaranan hüquqi məsələlərə dair rəylərin, habelə Xidmətə baxılmaq üçün daxil olan normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək.
Struktur bölmələrə hüquqi dəstək göstərmək.
Məhkəmə işlərində hüquqi sənədlərin (iddia ərizələri, etirazlar, apelyasiya şikayətləri və s.) hazırlamaq.
Məhkəmələrdə Xidməti etibarnamə əsasında təmsil etmək.
Rəhbərliyin tapşırığı ilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarında Xidməti təmsil etmək.
Xidmətin inkişaf konsepsiyasının həyata keçirilməsində, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və icrasında öz səlahiyyətləri daxilində iştirak etmək.
Şöbə tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək
Namizədə dair tələblər:
Ali hüquqi təhsili.
Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Azərbaycan dilində səlis yazmaq və danışmaq.
Xidmətin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları,  dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1430 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Hüquqşünas” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır
Elan: DİN işçilər axtarır

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır