Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88280
az

Çunayev də 7 yaşlı FƏRİDİN ÖLÜMÜNDƏN DANIŞDI

15:4002 May, 2023
166
CƏMİYYƏT
  • A

"Hər hansı idman növü üzrə təlim keçən şəxslərin fiziki, tibbi və psixoloji yoxlaması aparılmalıdır. Lazım gələrsə, onlar üçün əlavə kurslar təşkil edilməlidir".

Bu sözləri News24.az-a açıqlamasında Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, Dünya və Avropa çempionumuz Rəsul Çunayev deyib.

"Uşaqlarla işləmək çox çətindir. Bu həm də enerji və səbr tələb edən bir işdir. Valideyn uşağını etibar edib, güvənib məşqçinin yanına gətirirsə, bu inamı doğrultmaq lazımdır. Azyaşlı uşaqlarla məşq edən zaman onların təhlükəsizliyi məsələsi çox vacibdir. Hətta onlarla neçə dəqqiqə və ya saat məşğul olmaq, hansı tip məşqlər keçmək peşəkar məşqçinin bilməli olduğu məsələlərdəndir. Hesab edirəm ki, uşaqlarla oyun tipli məşqlər edilməlidir, əks halda onların idmana olan həvəsi öləcək. Həvəsləndirmək üçün master-klaslar təşkil oluna bilər".

Rəsul Çunayev hesab edir ki, idmanda uğur qazanmaq məşqçilik fəaliyyəti göstərmək üçün əsas vemir: "Hər kəsin məşqçiliklə məşğul olması düzgün deyil. Öz sahəndə yaxşı idmançı ola bilərsən, amma məşqçi olmaq çox çətindir. Ona görə də hər kəs bu məsuliyyəti öz üzərində hiss etməlidir".

Qeyd edək ki, Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib. Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Sosial şəbəkələrdə F.Bakarovun ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video da yayılıb.

Sumqayıt şəhər Prokurorluğu 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO
Hansı insanlar xərçəngə daha çox tutulur?
Kadırov Hüseynin toyunda tamada olacaq - VİDEO - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO