Xəbər verdiyimiz kimi, mayın 1-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Oxu24.com xəbər verir ki, Blinken tviter hesabında görüşdən paylaşım edib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bizim yeni Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində görüş keçirdik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", -deyə Blinken bildirib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR