“Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Oxu24.com xəbər verir ki, “Rusiyanın Stavropol diyarında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlı təmir işlərinin aparılması məqsədilə mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılıb”,- deyə “Qazprom Ermənistan” açıqlama yayıb.
Bildirilir ki, Ermənistanda müəyyən edilmiş müddət ərzində istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR