Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88081
az

Dünya ölkələri vətəndaşlarını Sudandan təxliyə edir

11:2129 Aprel, 2023
138
DÜNYA
  • A

Dünyanın bir sıra ölkələri vətəndaşlarını Sudandan təxliyə edir.

Bu barədə Oxu24.com xarici mətbu orqanlara istinadən xəbər verir.

“Sinxua”nın məlumatına görə, Çin hərbi dəniz qüvvələrinin iki dəniz gəmisindən istifadə edərək 668 vətəndaşını və digər xalqlardan olan 10 insanı Sudandan təxliyə edib.

Təxliyə Ciddə limanından həyata keçirilib. Əməliyyatda “Weishanhu” təchizat gəmisi və idarə olunan raket esminesi “Nanning” iştirak edib. Təyyarədə 500-ə yaxın zabit və matros, xüsusi təyinatlılar, həmçinin bir helikopter olub.

ABŞ da Sudandan öz vətəndaşlarının təxliyəsinə başlayıb. “The New York Times”ın məlumatına görə, Birləşmiş Ştatlar cümə günü Amerika vətəndaşlarını Xartum və Port Sudan şəhərləri arasında mütəşəkkil quru yolu ilə təxliyə əməliyyatına start verib.

"300-ə yaxın amerikalının olduğu avtobus karvanı cümə günü axşam saatlarında Sudanın paytaxtını tərk edib və 525 millik marşrutla (840 km-dən çox) Qırmızı dənizə doğru gedir. Bu, ABŞ-ın ilk cəhdidir. Birləşmiş Ştatlar öz vətəndaşlarını ölkədən evakuasiya etməlidir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ ordusu marşrut boyu pilotsuz uçuş aparatlarından istifadə etməklə potensial təhlükələri izləyir.

Öz növbəsində, “Al Jazeera” Britaniyanın hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Britaniya vətəndaşlarının təxliyəsi “evakuasiya təyyarələrində oturacaqlara tələbatın azalması səbəbindən” şənbə günü başa çatacaq. Vurğulanır ki, aprelin 25-dən Böyük Britaniya ümumilikdə 1 573 nəfəri qəbul edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Trampın qələbəsi sayəsində öz sərvət REKORDUNU QIRDI
Putindən YENİ QANUN -Onların vaxtı keçmiş kreditləri SİLİNDİ
Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi