Ermənistan müdafiə naziri Suren Papikyan İrəvanda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri Aleksandr Lentsovla görüşüb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, səfirliyin müdafiə attaşesi İqor Şerbakov və kontingentin keçmiş komandanı Andrey Volkov da iştirak edib.
Tərəflər Qarabağdakı əməliyyat vəziyyəti ilə bağlı məsələləri nəzərdən keçirib, Rusiyanın sülhməramlı missiyasının səmərəliliyinin artırılması problemlərinə toxunub.
Xatırladaq ki, general-polkovnik Aleksandr Lentsov aprelin 26-da RSK-nın yeni komandiri təyin edilib. Bundan əvvəl o, Rusiya müdafiə nazirinin müşaviri olub.
Oxu24.com
ŞƏRHLƏR