Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Məmməd Qasım Nizami oğlu və 1982-ci il təvəllüdlü Cəbiyev Bəhruz Nazim oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı B. Cəbiyeva müştərək travma, Q. Məmmədova isə açıq kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR