Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87786
az

Fransa Çindən postsovet ölkələri ilə bağlı mövqeyini izah etməyi tələb edib

22:4423 Aprel, 2023
193
DÜNYA
  • A

Fransa Çinin Parisdəki səfirinin keçmiş sovet respublikalarının suverenliyi və Krımın statusu ilə bağlı bəyanatından narahat olduğunu bildirib.


Oxu24.com xəbər verir  ki,bu barədə Fransa Xarici İşlər Nazirliyinin deputat Benjamin Haddad tərəfindən dərc edilmiş bəyanatında deyilir.

“Biz Çinin Fransadakı səfirinin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrin sərhədləri ilə bağlı söylədiyi fikirlərdən narahat olduq, - deyə məlumatda bildirilir.

Fransa Xarici İşlər Nazirliyi qeyd edir ki, o, onilliklər boyu sürən zülmdən sonra çoxdan gözlənilən müstəqilliklərini əldə etmiş bütün müttəfiqləri və maraqlı tərəfdaşları ilə tam həmrəy olduğunu bildirir.

“Konkret olaraq Ukraynaya gəldikdə, o, Krım da daxil olmaqla, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra bütün beynəlxalq ictimaiyyət, o cümlədən Çin tərəfindən BMT-nin yeni üzvü kimi beynəlxalq səviyyədə tanınıb”, - XİN qeyd edib. .

Fransa 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqının beynəlxalq hüquq baxımından qeyri-qanuni olduğunu da vurğulayıb. Bundan əlavə, BMT Nizamnaməsi suverenlik və ərazi bütövlüyü prinsipinə əsaslanaraq ərazinin güc yolu ilə ələ keçirilməsini qadağan edir.

Xatırladaq ki, Çin səfiri Lu Şaye demişdi ki, guya postsovet respublikalarının beynəlxalq hüquqda heç bir statusu yoxdur. O, həmçinin Krımın Ukraynaya məxsus olduğuna əmin deyil.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onu bu sözlərinə görə Nazarbayev də "peşman" etmişdi

Əl-Culani ölüb?
İsrailə ballistik raket atıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO