Türkiyənin Kocaeli vilayətində qardaşların qətlində qan donduran detallar üzə çıxıb.
Oxu24.com DHA-ya istinadən xəbər verir ki,yatdığı yerdə qardaşını vəhşicəsinə öldürən şəxsin qardaşının boğazını və cinsi orqanını kəsdiyi öyrənilib.
Dünən Karamürsel rayonunda gecə saatlarında Emre Torun (29) ilə qardaşı Murat Can Torun (32) arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirədən sonra evdən çıxan Emre T. səhər saatlarında yenidən ünvana gəlib.
Həmçinin oxu: Məleykə Əsədovanın neçə yaşı olur? - Xalq artisti haqda bilmədikləriniz
Quru sərhədlər yenidən açılacaqmı? – İddialara aydınlıq gətirilir
İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı
Yatmış qardaşı Murat Can Torunu bıçaqlayaraq öldürən Emre Torun daha sonra evdən qaçıb. Evdən təxminən 1 kilometr aralıda olan Emre Torun şübhəli davranışı və əlindəki bıçaqla patrul xidməti göstərən polis qruplarının diqqətini çəkib. Onu dayandıran polis qruplarına “Qardaşımı öldürdüm” deyərək cinayəti etiraf edən Emre Torun nəzarətə götürülüb. Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdə, bölgəyə sağlamlıq və polis qrupları göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən nəzarətlər zamanı Murat Can Torunun hadisə yerində öldüyü müəyyən edilib.
Məlum olub ki, o, qardaşını vəhşicəsinə qətlə yetirib: Yuxuda boğazını və cinsiyyət orqanını kəsib.
Qətl zamanı qardaşların atası bazara alış-verişə getdiyi, anasının isə bayram ziyarətində olduğu öyrənilib. Hadisə ilə əlaqədar nəzarətə alınan Emre Torun məhkəmə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib. Digər tərəfdən, Emre Torun qardaşının boğazını və cinsi orqanını kəsdiyi ortaya çıxıb.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR