Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87650
az

Gürcüstanda İŞİD terror təşkilatının rəhbərlərindən biri saxlanılıb

17:5722 Aprel, 2023
89
DÜNYA
  • A

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində İŞİD terror təşkilatının qruplaşmalarından birinin rəhbəri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda bildirilir ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində M.Paksaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. O, 2013-2015-ci illərdə qondarma “Hərbi əmirlər - Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupu”na daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.

Saxlanılan şəxsin İŞİD-in yüksək rütbəli hərbi komandirləri və həmin terror təşkilatının qruplarından birinin üzvləri ilə sıx əlaqələri olub. O, “müavin” vəzifəsini tutub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə) cinayət içi başlanılıb. M.Paksaşvilini 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO
Demokratlar buna görə amansız məğlubiyyətə uğrayıblar -Mask SƏBƏBİ AÇIQLADI

"Təxribat düyməsi" BASILDI -Bu qüvvələr Belarusu qarışdırmaq istəyir

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO