Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8765
az

Tualetə əsla telefonla girməyin! - Çox zərərlidir

09:5310 Yanvar, 2019
1011
DÜNYA
  • A
 
Hər bir müasir insan telefona hava və su kimi ehtiyac duyur. Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonları bir an belə olsun əlimizdən kənara qoymaq istəmirik. Yuxudan duranda da, yemək yeyəndə də, işləyəndə, yolda gedəndə, hətta yatanda belə telefondan ayrılmırıq. Ən maraqlısı və dəhşətlisi isə bu texnologiyanın özünə tualetdə də yer etməsidir. Bəli, artıq tualetdə mesajlaşmaq çoxları üçün adi hal alıb. Çünki zərərli vərdişlər daha tez və daha asan başa gəlir, nəinki faydalı!

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tualetdə telefondan istifadə etmək nəinki qəribə, eyni zamanda çox zərərli vərdişdir.


Gigiyena riayət olunması

Tualetdə telefon istifadə edən insan orada lazım olduğundan daha çox vaxt keçirəcək. Amma bu vərdişin zərərli tərəfləri sadəcə həyatın bir neçə qiymətli dəqiqəsinin itirilməsi ilə bağlı deyil.

Gigiyena üzrə mütəxəssis və doktor Liza Əsgərlinin sözlərinə görə, smartfon telefonları ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq. O, bildirib ki, əgər mütəmadi olaraq tualetdə telefon istifadə edirisinizsə, onda gigiyenik proseduralardan sonra əlləri yumaq heç bir rol oynamayacaq: "Gigiyenik qaydalar əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır. Telefonun ekranı isə mikrobların rahat yaşaması üçün münbit, gözəl və isti yerdir. Telefonla danışaraq onu üzə tutur və belə dəriyə zərər vermiş oluruq. Hətta yemək zamanı da tez-tez telefon istifadə edirik. Bu zaman ekranda özünə əməlli-başlı yuva quran xoşagəlməz mikroblar fəaliyyətə keçir. Zərərli bakteriyalara yoluxmanın nəticələri acınacaqlı ola bilər. Spazmalar, ürəkbulanma, qusma, mədə pozğunluğu və s. Hətta Salmonelli bakteriyası bəzi hallarda ölümə gətirib çıxara bilər. Odur ki, tualetdə, xüsusilə adamların çox olduğu ictimai yerlərdə telefondan istifadə vərdişini tərgitmək lazımdır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı -ANBAAN VİDEO

Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR -Artıq Azərbaycanda da mümkün oldu
İsrail kaset bombalarından istifadə edir - "Hizbullah"dan ittiham

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
Narkotikin təsiri altında "Niva" sürən şəxs həbs edildi- VİDEO