Satış meneceri
Son tarix 20 may 2023 - [email protected]
Marketinq və satış şöbəsinin meneceri aşağıdakı vəzifələri daşıyır:
Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətnin məhsullarına dair tanıtımlar edir;
Yeni müştərilərin axtarışını və cəlb edilməsini həyata keçirir;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən edir, analiz aparır və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirir;
Bazar araşdırması aparır, müştəri tələbatlarını öyrənir;
Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkilini həyata keçirir;
Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərir;
Görülən işlərə dair gündəlik və aylıq hesabatlarını birbaşa Direktora təqdim edir.
Satış üzrə illik və aylıq fəaliyyət planının hazırlamaq
Müştəri portfelinin genişləndirilməsini həyata keçirmək
Satış sistemini davamlı olaraq, planlı şəkildə təkmilləşdirmək
Namizədə tələblər:
Ali bakalavr
Dil bilikləri – Azərvaycan dili səlis, ingilis dili yüksək səviyyədə, rus dili yaxşı səviyyədə
Yaş göstəriciləri 30-35
Satış bacarıqlarının olması
Analitik bacarıqlarının olması
Satışın idarə olunması sahəsində ən az 3 il təcrübə
Daşınmaz əmlakın satışı sferasında təcrübə mütləqdir
Otel və turizm sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Əmək şəraiti:
İş qrafiki - 6 günlük
Əmək haqqı – Başlanğıc 1500 (netto)
Ünvan: Yasamal rayonu, Kənar Dairəvi Yol
Maraqlanan namizədlərin öz CV formalarını vəzifə başlığı bölümünə Satış üzrə menecer qeyd edərək göndərmələri xahiş olunur.
Oxu24.com
ŞƏRHLƏR