Kürdəmirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Pərviz Qurbanovun məhkəməsi başlayır.
Oxu24.com xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü P.Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı 1994-cü il təvəllüdlü Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxu24.com
ŞƏRHLƏR