Rusiyanın Sankt-Peterburq şəhərində müəmmalı ölüm hadisəsi baş verib.
Oxu24.com REN TV-yə istinadən xəbər verir ki, Pavlova küçəsindəki mehmanxana otağında şəxsi detektiv Sergey Kurşevin cəsədi tapılıb.
Kanalın mənbəsinin sözlərinə görə, faciədən əvvəl Kurşevlə onun keçmiş həyat yoldaşı arasında münaqişə olub. Detektivin keçmiş həyat yoldaşı fevral ayından oteldə yaşayır. Görünür, qadın bu yaxınlarda boşandıqdan sonra keçmiş ərindən gizlənib. Ancaq Sergey arvadının harada yaşadığını öyrənib və onunla eyni oteldə nömrə sifariş verib.
Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, keçmiş əri onu bağlayaraq öldürmək istəyib. O, ərindən xilas olaraq otel otağını pəncərədən tərk etməyi bacarıb. O, hadisə yerinə polis çağıran otel müdiri ilə əlaqə saxlayıb.
Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Kurşevi artıq ölü tapıblar. İlkin versiyaya görə, o, intihar edib.
Detallar araşdırılır.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR