AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ" klublarını azarkeşlərinə görə cərimələyib.
Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna komandalar arasında oynanılmış Premyer Liqanın XXX tur oyununda baş verənlər səbəb olub.
Komitə meydana kənar əşyaların atılması ucbatından hər iki kluba 1600 manat cərimə kəsib.
"Sabah" meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat, yanğından mühafizə xidməti maşınının gecikməsinə görə isə 400 manat ziyana düşüb.
"Qarabağ" fanatları sözügedən görüşdə 155 oturacağı sındırıblar. Qərara əsasən, dəymiş zərər "köhlən atlar" tərəfindən ödənilməlidir.
Oxu24.com
ŞƏRHLƏR