Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87487
az

Ukrayna kəşfiyyatı: “Rusiya ordusunun elit bölmələri məhv edilib”

13:3020 Aprel, 2023
143
DÜNYA
  • A

“Rusiya ordusunun elit bölmələri məhv edilib”.

Oxu24.com  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Onun sözlərinə görə, bunun günahkarı Rusiya Prezidenti Vladimir Putindir: “Düşmənin hücumları artıq puç olub. Onlar ötən il fevralın 24-dən həyata keçirdikləri cəhdləri bu gün təkrarlaya bilmirlər”.

A.Yusov bildirib ki, bu, hələ Rusiyanın uduzması kimi başa düşülməməlidir: “Bu o demək deyil ki, düşmən məğlub olub və ya Ukrayna üçün təhlükə yaratmır. Əksəriyyəti köhnəlmiş olsa da, onların hələ lazımi qədər texnikası var”.

O eyni zamanda Ukraynanın torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müdafiə qüvvələrinin əks-hücuma hazırlaşdığını bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Ukraynaya icazə verdi: Rusiyanın dərinliyinə zərbə endiriləcək
Gürcüstan prezidenti vətəndaşları etiraz aksiyalarını davam etdirməyə çağırıb
Rusiya vilayətində avtobus qəzaya uğrayıb

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır