İran prezidenti İbrahim Rəisi İsrail hakimiyyətini Təl-Əvivi və ölkənin üçüncü böyük şəhəri Hayfanı məhv etməklə hədələyib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Rəisi bu hədə-qorxu ilə Tehranda Milli Ordu Günü münasibətilə keçirilən hərbi paradda çıxış edib.
Onun sözlərinə görə, İran ordusu “əks-inqilabçı ünsürlər, təkfirçi qruplaşmalar və düşmənlər qarşısında güclü sədddir”.
“Xarici qüvvələrin, xüsusən də ABŞ-ın mövcudluğu Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olur. Bu qüvvələr ən qısa zamanda bölgəni tərk etməlidir. Halbuki İran Silahlı Qüvvələri regionda təhlükəsizlik faktorudur”, - deyə Rəisi bildirib.
İran prezidenti Təl-Əvivdən gələn təhdidləri aradan qaldırmağa hazır olduğunu vurğulayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR