2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb.
Bunu Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
O qeyd edib ki, builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb.
T.Teymurov bildirib ki, biletlərin satılmasına görə ilk üçlükdə Böyük Britaniya, Niderland və Azərbaycandır.
"Tribunaların bir çoxunda yerlər tam olaraq bitib. Çox az sayda yer qalıb", - deyə o əlavə edib.
Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.
Oxu24.com
ŞƏRHLƏR