BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.
Oxu24.com xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertez açıqlamasında bildirib.
Onun sözlərinə görə, aprelin 15-də Şimali Darfur ştatının Kabkabiya şəhərində Ümumdünya Ərzaq Proqramının üç işçisi vəzifə borcunu yerinə yetirərkən öldürülüb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR