Dubayda yaşayış binasında baş verən yanğın nəticəsində azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Khaleej Times qəzeti əmirliyin mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, yanğına səbəb yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi olub. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
Binada yerləşən mağazalardan birinin əməkdaşı nəşrə bildirib ki, “güclü gurultu eşidilib”.
"Bir neçə dəqiqə nə baş verdiyini anlaya bilmədik. Lakin sonra pəncərədən tüstü və yanğın gördük", - o əlavə edib. Hadisə şahidinin sözlərinə görə, bir neçə nəfər insanlara kömək etmək üçün binaya girməyə çalışıb, lakin tüstüdən buna nail ola bilməyib və xilasediciləri gözləmək qərarına gəlib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR