Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi bəyan edib ki, Polşa Ukrayna taxılının idxalını dayandırmağa qərar verərək, ölkələr arasında razılaşmanı pozub.
Oxu24.com xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.
İdxalın dayandırılmasının Ukraynadan 2023-cü il iyulun 1-dək buğda, qarğıdalı, günəbaxan və kolzanın yalnız Polşadan tranzitlə keçəcəyi barədə bir həftə əvvəl əldə edilmiş razılaşmaya zidd olduğu göstərilir.
Aqrar Siyasət Nazirliyi “birtərəfli kardinal hərəkətlərin vəziyyətin müsbət həllini sürətləndirməyəcəyinə” inanaraq, Polşanın qərarından təəssüfləndiyini bildirib. “Biz başa düşürük ki, polşalı fermerlər çətin vəziyyətdədir, lakin Ukrayna fermerlərinin hazırda ən çətin vəziyyətdə olduğunu vurğulayırıq”, - nazirlik bildirib.
Onlar həmçinin təklif ediblər ki, yaxın günlərdə Polşa tərəfi ilə yeni sazişin razılaşdırılması və bu məsələdə baş verə biləcək hər hansı sui-istifadə hallarının hərtərəfli araşdırılması aparılsın.
Aprelin 15-də Polşa hökuməti Ukraynadan taxıl idxalını dayandırıb. Ölkənin keçmiş baş naziri və hakim “Qanun və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinskinin dediyi kimi, bu, milli əkinçiliyin qorunmasının bir hissəsi kimi həyata keçirilir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR