Rusiya səfərbərliyə başlayıb.
Oxu24.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi, polkovnik Andrey Biryukov bildirib ki, yaz hərbi xidmətə çağırış kampaniyası planlaşdırıldığı kimi davam edir və iyulun 15-də başa çatacaq.
Onun sözlərinə görə, 21 min rusiyalı artıq hərbi xidmətə yararlı hesab edilib, daha 29 min nəfər isə möhlət alıb.
"Bu günə qədər 52 min vətəndaşa məlumat verilib və 50 mindən çoxu artıq hərbi komissarlıqlara gəlib", - Biryukov jurnalistlərə deyib.
O əlavə edib ki, çağırışçıların ilk çağırışı aprelin 20-dən başlayacaq. “Çağırışçıların üçdə biri üç ay ərzində müasir hərbi texnikanı mənimsəyəcək və hərbi qeydiyyat ixtisası alacaqları təlim birləşmələrinə və hərbi hissələrə göndəriləcək”, - deyə Baş Qərargahın nümayəndəsi bildirib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR