Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86909
az

Yaponiya Ukraynaya yardım edəcək

16:1813 Aprel, 2023
83
DÜNYA
  • A

Yaponiya 2023-cü il ərzində Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində birbaşa büdcə dəstəyi göstərməyi planlaşdırır. Bu vəsaitlər prioritet olan sosial və humanitar xərcləri maliyyələşdirəcək.

Oxu24.com  “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın maliyyə naziri Suniçi Suzuki ilə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclası çərçivəsində Vaşinqtonda keçirdiyi görüşdə danışıqlar olmuşdu.

“Ukrayna Yaponiyanın müharibədə qələbə qazanmağımızı sürətləndirmək üçün verdiyi töhfəni, o cümlədən sistemli olaraq maliyyə, humanitar yardım və Rusiyaya sanksiya vasitəsilə təzyiq göstərməsini yüksək qiymətləndirir. 2023-cü ildə G7-yə sədrlik edən Yaponiya gündəlikdəki məsələnin dəstəklənməsində prinsipial liderlik nümayiş etdirir, həmçinin Ukraynaya maliyyə yardımının koordinasiyasının yaxşılaşdırılmasına çalışır”, - nazirlik S.Marçenkodan sitat gətirib.

Görüş zamanı Yaponiya Maliyyə Nazirliyinin nümayəndələri yenidənqurma işlərində, o cümlədən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) ilə potensial birgə layihələr vasitəsilə Ukraynaya dəstək verməyə hazır olduqlarını bildiriblər.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əraqçi Tehranın mesajını Bəşər Əsədə çatdırdı
Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin