Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86891
az

Türkiyə və Misir enerji sahəsində əməkdaşlığı daha da sıxlaşdıracaq

21:2313 Aprel, 2023
149
DÜNYA
  • A

Ankarada səfərdə olan Misirin xarici işlər naziri Sami Şükri ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutub.

 Trend-ə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Təkbətək və geniş heyətdə keçirilən görüşlərdən sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.

"Qarşılıqlı səfir nə vaxt təyin olunacaq?" sualına Sami Şükri belə cavab verib:

"Bu barədə detalları həmkarımla razılaşdıqdan sonra açıqlayacağıq"

Mövlud Çavuşoğlu isə "Qarşıdakı dövrdə eyni vaxtda açıqlama verəcəyik", - deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə Misir əsasən enerji sahəsində əməkdaşlığı daha da sıxlaşdıracaq:

"Şübhəsiz ki, enerji sahəsində əməkdaşlığımız var. Bütün sahələrdə əməkdaşlığın artmasını istəyirik. Xüsusilə, enerji sahəsində, həmçinin bərpa olunan enerji sahəsində biz bunu istəyirik. Potensial var. Ukrayna müharibəsi davam etdikcə enerji böhranının olacağı aydındır. Türkiyə indi günəş və külək enerjisində dünya ortalamasını üstələyib. İki qardaş ölkə kimi əməkdaşlıq etsək, bir-birimizə dəstək olarıq. İxracımız da yaxşılaşar".

Çavuşoğlunun sözlərinə görə, iki ölkə bundan sonra Liviya məsələsində daha yaxın əməkdaşlıq şəraitində iş aparacaq.

Sami Şükri də öz növbəsində Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Cənubi Koreyada GƏRGİNLİK PİK HƏDDƏ: -Ordu anti-dövlət qüvvələri ilə döyüşə girdi
Gürcüstandakı aksiyalarda 100-dən çox polis yaralanıb - DİN-dən açıqlama

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Ərini öldürdü