Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonundakı təhsil mərkəzinin 16 yaşlı şagirdi pnevmatik tapança ilə məktəbə gələrək küçədə və binanın içərisində bir neçə dəfə atəş açıb. Dörd nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
“Dörd uşaq tibbi yardım almaq üçün xəstəxanaya göndərilib”, - məlumatda deyilir. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, yeniyetmə artıq saxlanılaraq polis bölməsinə çatdırılıb. Onun atasını da polisə çağırıblar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nauka prospektində yerləşən məktəbin müəllimləri polisə müraciət ediblər. Onlar bildiriblər ki, 9-cu sinif şagirdi birinci dərsdən sonrakı tənəffüsdə tualetdə iki 8-ci sinif şagirdinə pnevmatik tapançadan atəş açıb.
Hadisə yerinə operativ şəkildə gələn polis silahı yeniyetmədən alıb.
“İlkin araşdırma zamanı müəyyən edilib ki, dərs günü başlamamış 9-cu sinif şagirdi daha iki şagirdə qarşı analoji əməl törədib: məktəbə gedərkən o, 7-ci sinifdə oxuyan iki şagirdə atəş açıb”, - polisdən bildirilib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR