Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86854
az

Ukrayna ssenarisi: Zelenski və Putin öldürülür, sonra...

11:4813 Aprel, 2023
130
DÜNYA
  • A

Amerika kəşfiyyatı Ukraynada münaqişənin inkişafı üçün gözlənilməz nəticələrlə bağlı dörd ssenari hazırlayıb, bunlara Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenskinin ölümü, Ukrayna ordusunun Kremlə hücumu və Ukrayna ordusu rəhbərliyinin istefaya göndərilməsi daxildir.

OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" Pentaqonun sızdırılmış məxfi sənədlərinə istinadən yazıb.

Ukraynanın Kremlə zərbə endirməsi ssenarisini nəzərə alan kəşfiyyat geniş spektrli potensial nəticələri proqnozlaşdırır.

Belə ki, Rusiya genişmiqyaslı hərbi səfərbərliyə başlaya, taktiki nüvə silahından istifadəni nəzərdən keçirə və ya ictimai əhval-ruhiyyə Moskvanı sülh danışıqlarına başlamağa inandıra bilər.

Eyni zamanda, təsvir edilən hər bir ssenari həm Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsinə, həm də onun danışıqlar yolu ilə dayandırılmasına gətirib çıxara bilər və ya ümumiyyətlə böhranın inkişafına ciddi təsir göstərə bilməz.

Sənəd fevralın 24-də münaqişənin başlamasından bir il sonra tərtib edilib və RELIDO kimi qeyd olunub, yəni onun məzmununu açıqlamaq qərarı yüksək vəzifəli məmurların ixtiyarındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin