BMT Təhlükəsizlik Şurasının apreldə Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.
“Hələ ki heç birimizə viza verməyiblər”, - deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.
Bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, apreldə ölkəsi Təhlükəsizlik Şurasına sədrlik edəcək: “Sergey Lavrov BMT-nin mənzil-qərargahını ziyarət edib, Şuranın aprelin 24-25-də keçiriləcək iclasına qatılacaq”.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR