Ermənistan tərəfi yaralılar barədə yeni açıqlama yayıb.
Oxu24.com Ermənistan mediasına istinadən xəbər verir ki,Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, yaralanan erməni hərbçilərdən ikisinin vəziyyəti ağırdır.
“Aprelin 11-nə olan məlumata görə, sərhəddə döyüşlər nəticəsində yaralanan 6 hərbçidən 3-nün vəziyyəti qənaətbəxş, qalan üçünün vəziyyəti müvafiq olaraq orta, ağır və son dərəcə ağırdır. Saat 00:50-yə olan məlumata görə, cəbhə xəttində vəziyyət nisbətən sabitdir”, - deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR