Aprelin 11-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində də atəş səsləri eşidilib.
Oxu24.com bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Xocavənd rayonu ərazisində atəşkəs rejiminin iki dəfə pozulması faktını qeydə alıblar.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 11 aprel tarixli məlumat bülleteninə əsasən, itki yoxdur.
Məlumatda qeyd olunub ki, Rusiya hərbi komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfi ilə birlikdə hadisələri araşdırır.
Oxu24.com
ŞƏRHLƏR