Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85888
az

"Orta dəhliz" işə düşür: Bakı Qərblə Şərqi yaxınlaşdırır

08:1730 Mart, 2023
516
SİYASƏT
  • A

Azərbaycan Çinlə Avropa İttifaqı arasında ən önəmli nəqliyyat qovşağına çevrilməklə yanaşı, bütün bölgənin iqtisadi inkişafını şərtləndirəcək yeni layihəyə başlayır.

Qazaxıstandakı "Kaşağan" yatağından ilk test xam neft partiyası Xəzər dənizindən keçməklə Aktau-Bakı marşrutu ilə daşınıb. Daşınma "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademk Xoşbəxt Yusifzadə" tankeri ilə gerçəkləşdirilib.

6900 tonluq ilk tanker partiyasını daşıyan gəmi Qazaxıstanın Aktau limanından çıxaraq Səngəçal terminalına yan alıb.

Qazaxıstanda magistral neft boru kəmərlərinin operatoru olan "KazTransOil" şirkətinin yolladığı neftin sahibi Yaponiyanın "Inpex North Caspian Sea, Ltd." şirkətidir.

"North Caspian Sea" şirkətinin Qazaxıstandakı bölməsinin direktoru Hiroşi İkedanın dediyinə görə, ilk test daşıma "Kaşağan" neftinin ixrac marşrutlarının sayının artırılmasının Transxəzər marşrutu istiqamətinə dəmiryol daşımaları vasitəsilə mümkünlüyünü sübut etdi.

Qazaxıstan indiyədək xam neftini Avropa bazarlarına Rusiya Federasiyasının ərazisindən keçməklə daşıyıb. Fəqət, bu marşrutda sürəkli olaraq süni problemlər yaradılıb. Məsələn, ötən ilin martında Rusiya ərazisi ilə qazax neftinin nəqli dayandırılmışdı. Səbəb qasırğadan sonra Novorossiysk limanındakı neft terminalının zədələnməsi idi. Bu olaydan sonra rəsmi Moskva bəyan etdli ki, terminala dəymiş ziyanın aradan qaldırılması üçün təxminən 2 ay gərəkdir.

Bu ilin yanvar-fevral aylarında isə "KazTransOil" şirkəti Rusiyanın Mahaçqala limanına 325900 ton neft yollayıb. Həmin neft sonradan Mahaçqala-Tixoretsk-Novorossiysk neft boru kəməri vasitəsilə nəql edilib.

6900 ton neft "qara qızıl"ın tanker daşımaları baxımından çox kiçik, hətta mikroskopik həcm sayıla bilər.

Mümkündür, lakin geosiyasi və xüsusilə də geoiqtisadi baxımdan Aktaudan Səngəçala çatdırılan bu neft Şərqlə Qərbi birləşdirərək nəhəng regionun iqtisadi xəritəsində yeni, effektiv marşrutun işə düşməsi deməkdir.

Həmin marşrut "Orta Dəhliz" ("Middle Corridor") kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtından 70 km cənubda yerləşən Ələt Azad İqtisadi Zonasındakı (AİZ) Bakı limanıın genişləndirilməsi başa çatdırılıb.

Orta Asiya və Cənubi Qafqazdan keçən "Orta Dəhliz"in məqsədi Şərqdən Qərbə enerjidaşıyıcılarının və konteyner daşımalarının intensivliyi ilə miqyasının artırılmasıdır.

Bir zamanlar çox böyük ümidlər bəslənən və az qala "yeni əsrin ən böyük, qlobal layihəsi" kimi təqdim edilən, Çinin təşəbbüsü olan "Bir kəmər-bir yol" layihəsindən fərqli olaraq "Orta Dəhliz" konkret, effektivdir.

Bunu ötən ilin mayında Çindəki Tuanszesun şəhərindən Finlyandiyaya göndərilmiş ilk test yük partiyasının Bakıya uğurla çatdırılması da sübut etdi. "Nurminen Logistics" şirkətinə məxsus yük sonradan dəmir yolu ilə Gürcüstanın Poti limanına, oradan da bərə ilə Rumıniyanın Konstansa limanına daşınmışdı.

Tuanszesundan Finlyandiyanın paytaxtı Helsinkiyə olan yol 13 min kilometrdir.

"Orta Dəhliz" eyni zamanda, Çindən Avropaya ünvanlanan yüklər üçün Konstansaya alternativ olaraq Bolqarıstanın Varna limanını da təklif edir.

Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan "Orta Dəhliz" marşrutunu inkişaf etdirmək niyyətindədirlər. Ekspert hesablamalarına görə, marşrutun illik potensialı 10 milyon metrik ton və ya 200 min konteynerdir.

4 ölkə daxili şirkətlər üçün vahid tarifləri müəyyənləşdirmək, habelə yükdaşıma şirkətlərinin fəaliyyətini sadələşdirmək niyyətindədir.

Rusiya Federasiyasının Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində Çin və Orta Asiya ölkələri ixrac marşrutlarının "şimal qonşu"nun ərazisindən keçməsini riskli sayırlar. Situasiya "Orta Dəhliz"in iqtisadi və geosiyasi önəmini dəfələrlə artırıb.

2020-2021-ci illərdə Çin-Rusiya-Avropa marşrutu ilə dəmiryol daşımalarının həcmi təxminən 48,7 faiz artmışdı. Lakin indi, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan dolayı Rusiyanın əsas nəqliyyat marşrutlarında, xüsusilə də limanlarında və sərhəd buraxılış məntəqələrində Çin yükləri üçün problemlər yarana bilər.

 
Reklamınızı SmartBee ilə effektiv edin.
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 

 

Üstəlik, Rusiyanın dəmiryol infrastrukturunun inkişafına və genişlənməsinə əhəmiyyətli həcmdə sərmayə yatırmaq niyyətində olan Çin şirkətləri indi ciddi şəkildə düşünürlər.

"Orta Dəhliz" layihəsinin gerçəkləşməsində Türk Dövlətləri Təşkilatının (TDT) müstəsna rolu və önəmi var, çünki məhz sözügedən struktura daxil olan ölkələr arasındakı qarşılıqlı anlaşmalardan sonra layihə niyyət müstəvisindən işlək marşrut səviyyəsinə gəldi.

Bakı limanının genişlənməsinin ikinci mərşhələsi başa çatanda isə orada hər il 25 milyon ton yük, o cümlədən konteynerlərlə 20 futluq ekvivalentdə 500 min konteyner emal olunacaq.

Limanda zəruri infrastruktur 11 il ərzində yaradılıb.

"Orta Dəhliz" sadəcə, Bakıda aparılan işlərlə yekunlaşmır. Layihə çərçivəsində Xəzərin şərq sahilində inkişaf etdirilən və genişləndirilərək modernləşdirilən limanlar arasında Kurık (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) da var. Kurıkın illik emal gücü 4,1 milyon ton və ya 20 futluq ekvivalentdə 240 min konteyner idisə, indi həcm təxminən 6 milyon tona çatdırılıb. Türkmənbaşı limanının gücü 4 milyon ton və 20 futluq ekvivalentdə 400 min konteyner olduğundan, ikl baxışdan real daşıma həcmləri üçün kiçik sayıla bilər. Amma "Orta Dəhliz" sürətlə inkişaf etdiyindən, Türkmənistanın layihədəki yeri və rolu da dəfələrlə artacaq.

Bəhs etdiyimiz nüansın reallaşmasını qaçılmaz edən məqam qlobal logistika marşrutlarının dəyişdiyi bir zamanda quru daşımalarla müqayisədə dəniz tranzitinin tariflərinin artmasıdır.

Avropa İttifaqında və dünyanın digər regionlarında enerjidaşıyıcılarına tələbatın artdığı bir zamanda "Orta Dəhliz"in fəaliyyətə başlaması Transxəzər marqşrutuna diqqəti əhəmiyyətli dərəcədə yüksəldir. Bu isə qlobal energetika bazarının liderlərinin Azərbaycana, habelə Qazaxıstandan Azərbaycana istiqamətlənən Transxəzər boru kəməri marşrutuna diqqətini artırır.

Azərbaycanda multimodal tranzit infrastrukturunun yaradılması ilə bağlı son illər Bakının göodüyü işlər yeni imkanların gerçəklşəməsiini sürətləndirib.

Xatırladaq ki, hazırda Çinlə Avropa İttifaqı arasındakı üç ticari marşrutdan biri məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM) ki, onun uzunluğu avtomobil və dəmiryolu ilə 4256 km, dəniz yolları ilə 508 km-dir.

TBNM ilə hərəkət edən standart konteyner qatarı Çindən Avropa İttifaqına yükləri orta hesabla 20-25 sutkaya daşıyır: bu, çox ciddi üstünlükdjür.

Müqayisə üçün deyək ki, Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Avropa İttifaqına yüklərin əhəmiyyətli hissəsi indi Süveyş kanalından keçilməklə 35-42 sutkaya daşınır.

Xəzər dənizində ən böyük ticari donanmaya (53 gəmi) malik olan Azərbayan Avropa və Asiya qitələrinin qovşağında yerləşdiyindən beynəlxalq miqyasda nəqliyyat habına çevrilib. Belə ki, ötən il ölkəmizdən keçən tranzit yükdaşımaların həcmi 75 faiz artıb. Artım bu ilin əvvəloindən bəri sürətlə yüksəlməkdədir.

Çin də "Orta Dəhliz" çərçivəsində aktivləşib. "Səmaaltı İmperiya" hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu marşrutu inqşa etməyə başlayıb ki, həmin xətt Xəzər dənizinin şərq sahilinə çatdırılacaq, oradansa yüklər bərələrlə Bakıya daşınacaq.

Eyni zamanda, əks istiqamətdə - Qərbdən Şərqə doğru daşımaların da həcmi artırılır. Bakı-Tbilisi-Qars dəmir yol marşrutu modernləşdirilir, onun buraxma gücünün ildə 5 milyon tona çatdırılması üçün zəruri işlərin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

"Orta Dəhliz"in tam gücü ilə işə düşməsi üçün gömrük sənədləşdirilməsinin unifikasiyası, "vahid pəncərə" sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanması da sürətlənib.

Bütün bunlarsa marşrutun həm kommersiya dəyərini, həm də geosiyasi önəmini artırır.

Marşrut Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsini də sürətləndirəcək, çünki bu dəhliz Çin, Orta Asiya və Avropa İttifaqı arasındakı nəqliyyat istiqamətlərini diversifikasiya edə biləcək ən qısa tranzit yoludur.

"Orta Dəhliz" yalnız Azərbaycanın yox, bütün regionun iqtisadi inkişafına təkan verəcək, bölgədə sülh və stabilliyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Avropa İttifaqı ölkələrinə yükdaşımaların fasiləsizliyini təmin edəcək.

Qərb və Şərq bunun üçün daha sıx əməkdaşlığa hazırdır.

Azərbaycan vasitəsi ilə...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan koronavirusa görə  gündə  bu qədər  pul  itirir   —  ŞOK RƏQƏM
İlham Əliyevin Çin səfərinin TƏHLİLİ: Azərbaycan  nəhəng ölkələrlə eyni sırada addımlayacaq

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü