Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
BÜTÜN XƏBƏRLƏR
857
az

Sonsuzluğa səbəb yoxdur. Bəs hamiləlik niyə baş tutmur?

00:2320 Aprel, 2018
1078
TİBB
  • A
 Bir çox ailə cütlüklərini bu sual narahat edir.

Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından "bir xəbər var?" soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət  daha da artır, cavan ailənin "problemi" daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır. Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stess vəziyyətinə düşən qadında "psixogen sonsuzluq" inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləliyin ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?


1. Tibbi statistikaya əsasən, 30% sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

Lakin burada söhbət cavan ailə cütlüklərindən gedir (30 yaşına kimi). Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.

2. Əgər ailə həyatı qurduqdan əvvəl qadında menstrual dövr müntəzəm olmayıbsa (menstruasiyalar müxtəlif fasilələrlə başlayırdı, 1-2 ay ərzində menstruasiyalar olmurdu və s.), bu halda hamiləliyi gözləmək lazım deyil. Menstruasiyaların qeyri-müntəzəm olması qadının reproduktiv sağlamlığında olan problemlərin əlamətidir.

3. Əgər kişi keçmişdə xayalıq nahiyəsinə ciddi travma (zərbə və s.) alıbsa, parotit ("svinka") keçiribsə, kimyəvi terapiyadan keçibsə, bu halda da hamiləliyi gözləmək lazım deyil. Kişi spermoqramma verməlidir və uroloqa (və ya androloqa) müraciət etməlidir.

4. Hamiləliyin ehtimalı o halda böyük olur ki, ailə cütlüyündə cinsi əlaqələr müntəzəm xarakter daşıyır. Bu o deməkdir ki, 1 həftə ərzində 3-4 cinsi akt olmalıdır. Cinsi əlaqələr müntəzəm olmadıqda, hamiləliyin baş tutması ehtimalı azalır. Beləliklə, əgər cütlüyün cinsi həyatında ciddi problemlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Hansı həkimlərə müraciət etmək lazımdır?

Qadın ginekoloqa, kişi isə androloqa (və ya uroloqa) müraciət etməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil