Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85441
az

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

18:0424 Mart, 2023
106
  • A

Azərbaycanın Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak məqsədilə Afinaya işgüzar səfərə gedib.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti ölkəmizin Afinadakı Səfirliyinə gələrək bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Baş prokuror Azərbaycanın Afinadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.

BPA-nın İcraiyyə Komitəsinin iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. Cari ilin may ayında İstanbulda keçiriləcək 1-ci Pan Avropa konfransı, sentyabr ayında Londonda, 2024-cü ilin sentyabrında isə ölkəmizdə keçiriləcək Assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və Argentinanın Buenos-Ayres muxtar şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru, BPA-nın Prezidenti Xuan Batista Mahikes arasında ikitərəfli görüş keçirilib, prokurorluqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Həmçinin, nümayəndə heyətinin üzvləri tədbirdə fəal iştirak edərək ABŞ, Kanada, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Macarıstan, Gürcüstan, Cənubi Koreya, BƏƏ və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, hüquqi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır - ARAŞDIRMA
Timoşenko axtarışa verildi
Maqnit qasırğası başladı

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı