Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85148
az

Məşhur aktyor vəfat etdi

09:0021 Mart, 2023
471
DÜNYA
  • A
Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib. Oxu24.com xəbər verir ki, bu barədə ölkənin “The Sun” qəzeti sənətçinin ailəsinə istinadən məlumat yayıb. Qrantın yaxınları bildiriblər ki, o, martın 16-sı axşam Londonun şimalındakı dəmir yolu vağzalının yanında şüursuz vəziyyətdə tapılıb. Aktyor paytaxt xəstəxanalarından birinə qaldırılıb, orada onun ölümü təsdiqlənib. Lakin, qəzetin bildirdiyinə görə, o, yalnız martın 19-da həyati təminat aparatından ayrılıb. Bu qərarın verilmə şəraiti və ölüm səbəbi barədə məlumat verilməyib. Nəşrin yazdığına görə, keçmişdə aktyor alkoqol və narkotik aludəçiliyi ilə mübarizə aparıb. Qeyd edək ki, hündürlüyü 132 sm olan Pol Qrant “Ulduz savaşları: Epizod 6 - Cedinin qayıdışı” filmində uydurma məxluqlar irqinin nümayəndələrindən biri evokun rolunu oynayıb. Daha sonra o, “Labirint”də yer alıb və “Harri Potter və fəlsəfə daşı” lentində qoblin rolunda çıxış edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alaudinov: Ukrayna danışıqlara getməyə məcburdur
Polşada Hərbi Akademiyanın müəllimi saxlanılıb
Vaşinqton Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmalıdır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib