Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85135
az

16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı - Anası bütün qızıllarını niyə satdı?

15:5920 Mart, 2023
236
  • A
OXU24.COM Kulis.az-a istinadən müğənni Xuraman Şuşalı haqqında maraqlı faktları təqdim edir.
 
Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərinin Mamay məhəlləsində anadan olub. Xuramanın bacısı piano, qardaşı isə qarmon ifaçısı olub. Tez-tez evlərində qurulan ailə ansamblında Xuraman müğənni kimi mahnılar oxuyurmuş. O, "mən Zeynəb Xanlarova kimi məşhur müğənni olacam. Məni dünyada tanıyacaqlar" deyirmiş.
 
***
 
İlk təhsilini 1990-cı ildə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məktəbinin solo ifaçılıq sinfinə daxil olub.
 
5-ci sinfə qədər Şuşada yaşayan Xuraman Şuşadan məcburi didərgin düşəndən sonra "Bənövşə" uşaq xorunda fəaliyyət göstərir.
 
***
 
1992-ci ildə Şuşa şəhərinin işğal olunmasıyla, ailəsi ilə birgə Bakı şəhərinə köçür. Xuramanın ailəsi həmin dövrdə çox ağır günlər yaşayır. Müğənni müsahibələrinin birində deyir:
 
"Atam çox inadkar adam idi. O, inanmırdı ki, Şuşa işğal oluna bilər. Ona görə də biz Şuşadan sonuncu çıxanlardan olmuşuq. O günləri yadımdan çıxartmaq üçün uzun illər müalicə almışam. Amma Şuşanın işğal dövrünü, ondan sonrakı dövrləri yaddan çıxartmaq üçün gərək dünyaya ikinci dəfə gəlim. Atam həm də döyüşçü idi. O, döyüşlərdə yaralandı. Üç il yataq xəstəsi oldu. Anam çox əziyyət çəkdi. Biz şuşalılar qızıl sevən oluruq. Anamın üç kiloluq balonla bir qızılları vardı. Ən çətin günlərimizdə anam o qızılları satıb bizi saxladı. Sonuncu qızıl dəstini satanda qoymadıq, dedik qoy, yadigar qalsın".
 
Təhsilini 1993-1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirir. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub.
 
***
On altı yaşından sonra Xuraman qardaşı ilə birgə toylara getməyə başlayır. Hər gün bir-iki mahnı öyrənir, banketlərdə, məclislərdə çıxış edir. Qazandığı pulları isə hər gün gətirib anasına verir, deyir, ana, mən çoxlu pul qazanıb səni bu köhnə evdən çıxaracam. Xuraman toylardan qazandığı ilk pula televizor və videomaqnitofon alır. Sonrakı illərdə verdiyi sözü tutur və anasına ev alır.
 
***
 
Həmin illərdə o, həm də Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli", Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə, "Fərhad və Şirin" tamaşasında "Şirin", Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaradır.
 
Vaxtilə ailə quracağını deyən, hətta gələcək qayınanasından danışan Xuramanın şəxsi həyatı sonralar böyük müzakirələrə səbəb olur. Buna görə peşmanlıq yaşayır, hətta bir müddət səhnəyə çıxmır, mahnı oxumur. Bununla da o, özünü cəzalandırdığını deyir.
 
***
 
Xuraman Şuşalı 2010-cu ildə prodüsser kimi fəaliyyət göstərən Elçin adlı bəylə ailə qurur. Bu evlilikdən onun iki oğlu, iki qızı dünyaya gəlir.
 
***
 
Ailə qurandan sonra hicaba keçən müğənni namaz qılır, oruc tutur və içki olan məclislərdən imtina edərək ancaq qadın məclislərində müğənnilik edir. Müsahibələrinin birində bu barədə deyir:
 
"Cılız insanlar mənim əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar. Kimə nə sübut etmək istəyirlər? Allahın qaldırdığı insanı endirmək istəyirlər? Allah köməkləri olsun, onları hidayət etsin. Bilsinlər ki, Allah bir insana kömək olubsa, onu qaldırıbsa, onların məni yıxmağa çalışması hədərdir. Həyat yoldaşımla məni bir-birimizə İslam dini, onun Allaha olan eşqi bağladı. Allaha olan eşqim isə məni dinə gətirdi. Həyat yoldaşımın dəstəyi böyük oldu. Mənim devizim var: "İçki məclislərində iştirak etmirəm". Bunu artıq hamı bilir, ətrafım yəni. Müştərilər də bilirlər. Bəzən elə yerə çağırıb deyirlər ki, gəl, narahat olma, sənin oturduğun stolda içki olmayacaq. Razılaşmıram. Bu qanunla 7 ildir yaşayıram və hələ ki, riayət edirəm. Başıaçıq olan şəkillərimin baxılması haramdır. Nəyi ki özüm və ya dost-tanış qoyub internetə, onları sildirmişəm. Nəyi ki, gücüm çatmayıb, onlar hələ də qalıb. Xahiş edirəm, kim ki ixtiyar sahibidir, çalışıb silsinlər onlar da".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Damlanın xəstəxanadan görüntüləri yayıldı -VİDEO
"Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?"
Polad Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı