Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85014
az

CNN: Ukrayna hərbçiləri Çinin pilotsuz təyyarəsini vurub

16:1316 Mart, 2023
68
DÜNYA
  • A

Ukrayna Çin istehsalı olan  PUA-nı vurub.

Oxu24.com xəbər   verir ki, CNN in yaydığı məlumata görə,  Ukrayna hərbçiləri Çin istehsalı olan pilotsuz uçuş aparatını vurub. Bu, hərbi əməliyyatlar üçün modifikasiya edilmiş “Mugin-5” kommersiya pilotsuz təyyarəsi olub.

Ukrayna hərbçiləri CNN-ə bildiriblər ki, onlar kiçik silahlarla pilotsuz uçan aparatı vurublar — cihaz çox aşağı hündürlükdə uçurdu. Telekanalın müxbiri PUA-nın gövdəsində güllə dəliklərinin göründüyünü təsdiqləyib.


CNN-ə müsahibə verən ekspertlərdən biri qeyd edib ki, dronda 3D çap edilmiş komponentlərdən hazırlanmış bomba buraxma mexanizmi var. Ekspert hesab edir ki, bu, dronun çoxlu istifadə üçün nəzərdə tutulduğunu göstərir.

Dronların istehsalında ixtisaslaşan Çinin Mugin Limited şirkəti Ukraynada vurulan PUA-nın onların  olduğunu təsdiqləyib. Şirkətdə pilotsuz uçan aparatın bu cür istifadə edilməsi faktını "bədbəxtlik" adlandırıb və "onun qarşısını almaq üçün mümkün olan hər şeyi etdiklərini" bildiriblər.

Şirkət daha əvvəl öz pilotsuz təyyarələrinin hərbi məqsədlər üçün istifadəsini pisləyən bəyanatla çıxış etmiş, həmçinin genişmiqyaslı müharibə başlayandan bəri Rusiya və Ukraynadan sifariş qəbulunu dayandırdığını bildirmişdi.

CNN hadisə ilə bağlı şərh almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın vitse-prezidenti fələstinlilərin Haniyyənin qatillərini cəzalandırmaq hüququnu təsdiqləyir
Kreml Tehrandakı hücuma münasibət bildirdi
Rusiya benzin ixracına qadağa qoyub

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib