Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84574
az

Taksi sürücüsünün 16 yaşa çatmamış qızla gecə sərgüzəşti: Mən onu, onu da məni...

00:0013 Mart, 2023
220
CƏMİYYƏT
  • A
Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Seymur idarə etdiyi taksi maşınında 16 yaşlı Samirə (adlar şərti verilib - red.) ilə öpüşüb və xuliqanlıq hətəkətləri törədib.
 
OXU24.COM teleqraf.com-a istinadən xəbər verir ki, hadisə martın 7-də baş verib.
 
Seymur izahatında bildirib ki, təqribən 1-ilə yaxındır taksi fəaliyyəti iə məşğul olur. İdarə etdiyi "Toyota Prius" markalı maşınla martın 7-dən 8-nə keçən gecə saat 2-3 radələrində Neapol dairəsində gedərkən tanımadığı bir qız ona əl edib: "Qız rəfiqəsigildən qayıtdığını, evə getmək istədiyini, amma xalasının qapını açmayacağını bildirdi. Onu Masazır qəsəbəsində dayısıgilə aparmağımı xahiş etdi. Masazırda qızın qabağına çıxan olmadı. Qız onu gətirdiyim yerə qaytarmağımı xahiş etdi".
 
Seymurun sözlərinə görə, qız geri qayıdarkən qabaq oturacaqda əyləşib: "Daha sonra polis bizi saxladı. İçkili olub-olmadığımı yoxladı. Qız mənə 16 yaşı olduğunu demişdi. Polis məndən qızın kim olduğunu soruşdu. Mən də müştəri olduğunu və 16 yaşa çatdığını bildirdim. Daha sonra polis-patrul gəldi və bizi bölməyə apardılar".
 
Seymur qeyd edib ki, daha sonra qızın anası 34-cü polis bölməsinə gəlib: "Qadın rayonda olduğunu dedi, qızı ekspertizaya apardılar, təmiz çıxdı. Mən qızı, qız da məni öpüb. Qızın məndən xoşu gəlib. Bir-birimizlə danışıb, söhbətləşmişik. Hadisə maşında baş verib".
 
Seymurun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
 
İş baxılması üçün Xətaı rayon Məhkəməsinə göndərilib. Hakim Şəhriyar Əliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
 
Qərara görə, Seymurun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu