Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84061
az

Britaniya kəşfiyyatı: "Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"

13:4308 Mart, 2023
121
DÜNYA
  • A

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var”.

Oxu24.com  xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: “Videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır”.

Məlumata görə, həmin videodan başa düşülür ki, Şərq Hərbi Dairəsinin komandiri, general- polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: “Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötön il fevralın 24-də başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məsud Pezeşkian and içdi
İspaniya Rusiyanın "Ştandart" freqatına öz limanına daxil olmağa icazə verib
Qara və Haftaninə hava əməliyyatı: 13 terrorçu zərərsizləşdirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi