Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83510
az

FHN ağır qəza ilə bağlı açıqlama yaydı

08:5827 Fevral, 2023
109
CƏMİYYƏT
  • A
Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər minik avtomobilində sıxışmış vəziyyətdə qalıb. Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram Yusifov şəhidimizin doğum gününə həsr olunmuş tədbirdə iştirak edib
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı