Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83208
az

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

12:3722 Fevral, 2023
171
CƏMİYYƏT
  • A

"Yaxın günlər üçün də Azərbaycanda dəhşətli, qorxulu, katastrofik zəlzələ gözlənilmir".

 

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

 

"Hər gün Azərbaycan ərazisində çoxlu sayda təkanlar olub. Elə bu gecə də çoxlu yeraltı təkan qeydə alınıb. Biz sadəcə böyük olanı mətbuata vermişik.

Qorxulu bir şey yoxdur. Özü də o ərazidə, aşağı çökəkdə baş verən təkanlar daha dərində olur, nəyinki şimal, şimal-qərbdə, Böyük Qafqazın cənub-şərqində baş verən zəlzələlər", - deyə seysmoloq bildirib.

 

Qeyd edək ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram Yusifov şəhidimizin doğum gününə həsr olunmuş tədbirdə iştirak edib
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı