Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83078
az

Borclunun yeganə mənzilinin satılmasına qanun icazə verirmi?

13:2318 Fevral, 2023
191
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu pul tələbi zamanı mənzilin satılması halları ilə bağlıdır.

Məhkəmələrdə "Pul tələbi barədə" çoxsaylı şikayətlərə rast gəlinir. Məhkəmə bir çox hallarda borcun ödənilməsi üçün əmlaka həbs qoyur. Bəs şəxsin yeganə mənzilinə həbs qoyula bilərmi?

Təcrübəyə əsasən, həbs qoyula bilməz, qanunsuzdur. Çünki NK-nin 05.06.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi yeganə mənzilə tələb yönəltməyə imkan vermir. 

Həbs iddianı təmin etmə tədbirinin bir növü olaraq gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısının alınması məqsədilə tətbiq edilir. Yəni, gələcəkdə pul tutulması barədə qətnamə könüllü icra edilməsə həbsdə olan əmlakın satılması hesabına həmin pul ödənilməlidir. Göründüyü kimi, həbs gələcəklə bağlı olan bir tədbirdir.

Əgər məhkəmə icraatı zamanı tətbiq edilən həbsin gələcək üçün bir faydası yoxdursa, onun tətbiqi mənasızdır. O cümlədən “İcra haqqında” Qanunun 50.4.1-ci maddəsi də bunu təsdiq edir. Orada qeyd edilib ki, həbs satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə qoyulur.

Borclunun yeganə mənzilinin satılmasına isə qanunvericilik yol vermir.

 

Hazırladı: Qulam İsmayılzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü