Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83042
az

Messi harada oynayacaq? - Danışıqların gedişi açıqlanıb

11:3820 Fevral, 2023
320
  • A

Jurnalist Fabrizio Romano argentinalı hücumçu Lionel Messi ilə “PSJ” arasında danışıqların gedişindən danışıb.

OXU24.COM xəbər verir ki, onun fikirləri “Caught Offside” nəşrində yer alıb. 

“İndi müzakirənin ilkin mərhələsidir. Önümüzdəki həftələrdə yeni müqavilənin təfərrüatları, əmək haqqı, müqavilənin müddəti və daha çox şeyə qərar vermək üçün görüşlər keçiriləcək”, - Romano bildirib. O əlavə edib ki, argentinalı yalnız PSJ ilə danışıqlar aparır. 

"Barselona"dan ona təklif gəlməyib.

Fevralın 16-da məlum olub ki, idmançının atası və meneceri Xorxe Paris komandasının rəhbərliyi ilə görüşüb, lakin əməkdaşlığı davam etdirmək barədə razılığa gəlməyiblər. Messi getdikcə PSJ-dən ayrılıb ailəsi ilə birlikdə evi olan ABŞ-a köçməyə meyillidir. Romano klubun və menecerin bu görüşünü tanışlıq adlandırıb.

Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Bundan əvvəl o, karyerası boyunca "Barselona"da oynayıb, onunla on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub. Hücumçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messinin ölməz olmasını istəyirlər: Di Mariyanın da…
Premyer Liqa klubları razılaşdı: maaş limiti tətbiq olunacaq

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı