Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82802
az

Dağıntılar altından sağ çıxanlar niyə ölür? - Zəlzələdən də dəhşətli KRAŞ SİNDROMU

19:3715 Fevral, 2023
285
CƏMİYYƏT
  • A

Son günlər dünya gündəmini zəbt edən Türkiyədə baş vermiş zəlzələ minlərlə insanın həyatına son qoymaqda davam edir.

Zəlzələlərin törətdiyi fəsadlardan başqa, insanları dəhşətə gətirən daha bir fakt isə dağıntılar altından sağ çıxarılan şəxslərin bir neçə saat sonra ölməsidir. Hətta bəzi hallarda bu ölümlərin sayı zəlzələ anında qeydə alınan ölüm sayından çox olur.

Türkiyədə baş verən dağıdıcı zəlzələdə indiyədək təxminən 2000 insan dağıntılar altından çıxarıldıqdan sonra həyatlarını itirib.

Mütəxəssislər bunun səbəbini Sıxılma Sindromu ilə (Kraş) əlaqələndirirlər.

İngilis sözü olan "Crush" əzmək deməkdir. Əzilmə zədəsi yalnız travmanı təsvir edir. Zəlzələ zamanı bütün xəsarətlərin təxminən 2%-dən 5%-ə qədər əzilmə sindromunun baş verəcəyi və bu sindroma yoluxanların təxminən yarısında kəskin böyrək çatışmazlığı olacağı proqnozlaşdırılır.

Bəs kraş sindromu nədir və necə yaranıb?

Kraş - uzunmüddətli sıxılma sindromu...

OXU24.COM  lent.az-a istinadən bildirir ki, bədənin hər hansı bir hissəsinin 2-4 saat və ya daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına Kraş, yəni uzunmuddətli sıxılma sindromu deyilir.

Bu sindrom ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən meydana gəlib. 1941-ci ildə İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid edib.

Sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Belə ki, uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə bu qaydada təsnif olunur:

toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə);

yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş);

müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə);

qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə);

dərəcəsinə görə (yüngül, orta, ağır);

dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma);

fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı).

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Nəticədə toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranırEyni zamanda, tibbdə uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır:şok dövrü - ödəmin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü 3-9 gün davam edir; sağalma dövrü.Şok dövrü...Şok dövründə - bədənin sıxılmaya məruz qalmış hissəsinin dərisində tünd-göyümtül ləkələr, şəffaf, yaxud hemorragik maye ilə dolu suluqlar müşahidə olunur. Xüsusən ətraflarda ödəm artır, səthi damarlarda nəbz itir. Əzilməyə məruz qalmış şəxsin vəziyyəti get-gedə ağırlaşır, huşu alaqaranlıqlaşır, arterial qan təzyiqi enir. Nəbz sürətlənir və hərarət yüksəlir.Əllə yoxladıqda toxumaların taxta kimi bərkidiyi təyin edilir, barmaqla basdıqda izləri qalır. Sıxılmış ətrafın oynaqlarında hərəkətsizlik törənir, hissiyyat bütünlüklə itir. Ağır hallarda nəbz seyrəlir, selikli qişalar quruyur, sidiyin miqdarı azalır, rəngi qızarmış, bulanıq olur. Ürək-qan-damar sistemində başlayan dekompensasiya ölümlə nəticələnir.Böyrək çatışmazlığı dövrü...Bu dövrdə - qan dövranı bərpa olunur, ancaq böyrək çatışmazlığı əlamətləri başlayır. Ağrı azalır, arterial qan təzyiqi normaya düşür. Nəbz seyrəlir, bədənin hərarəti enir (37,3°-37,5°). Böyrək çatışmazlığı artmağa başlayır, sidik ifrazı azalır. Qanda sidik cövhəri, azot qalığı və kreatinin səviyyəsi yüksəlir. Aparılan müalicə əhəmiyyət vermədikdə böyrək çatışmazlığı uremiyaya, ölümə səbəb olur.Sağalma dövrü...Sağalma dövrü - sıxılmaya məruz qalmış şəxsin vəziyyəti tədricən yaxşılaşır, qanda azot qalığının səviyyəsi enir, sidik ifrazı artır. Toxumalarda ödəm, ağrı hissi azalır, hissiyyat və oynaqlarda hərəkət bərpa olunur. Nekroza uğramış toxumalar məhdudlaşır, yaşamaq qabiliyyətini saxlamış toxumadan təcrid olunur. Travmatik nevrit əlamətləri qalır. Uzun müddət sıxılma sindromu diaqnozu sorğuya əsasən qoyulur. Əzilməyə məruz qalmış toxumalardakı yerli əlamətlərlə yanaşı, sidikdə mioqlobulinin aşkarlanması diaqnozu təsdiqləyir.Sindromun müalicəsi...Ətrafı sıxılmadan azad etdikdən dərhal sonra ona turna qoyulmalı, şinalarla hərəkətsizləşdirməlidir. Ödəmin tez artmasının qarşısını almaq üçün əzilmiş ətraf bintlə sarınmalı və buz dolu kisələrlə əhatə olunmalıdır. Ümumi müalicə kimi intensiv dezintoksikasion və antibiotikoterapiya aparılmalıdır.Cərrahi müalicəsi...Şok dövründə cərrahi əməliyyat ciddi göstərişlərlə icra olunmalıdır. Bu dövrdə xəstənin ətraflarında geri dönməz işemiya davam edirsə, ətrafın yaşama ehtimalı yoxdursa, hadisə yerində qoyulmuş turna azad edilmədən, ondan mərkəzə doğru həyati göstərişlə amputasiya aparılmalıdır. Ətrafda aramsız davam edən ödem olduqda - fassiyatomiya ilə toxumaarası mayenin axmasına şərait yaradılmalıdır. Nekrozlaşmış toxumalar xaric edilməlidir.İkinci addım...İrinliklərin açılması, nekrektomiya, yaranın ikincili işlənməsi, gecikmiş amputasiya icra olunur. Qanın ekstrakorporal təmizlənməsi - hemodializ aparılır.Son addım...

Ən sonda irinli fəsadların müalicəsi aparılır, ikincili tikişlər qoyulur və göstərişlərlə dənəvər toxumalı (qranulsiya ilə örtülmüş) yara səthlərinə dəri köçürülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı