Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82740
az

Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var

09:5815 Fevral, 2023
274
SON DƏQİQƏ
  • A
Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
 
Oxu24.com  xəbər verir ki, dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub.
Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.
 
 
Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək