Leopard tankları mart ayında Ukraynada olacaq.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak NATO tərəfdaşları ilə görüşündən sonra deyib.
“Mart ayında bu tanklar Ukraynaya çatacaq”, - deyə o, Ukrayna tankerlərinin hazırda Polşada təlim keçdiyini xatırladıb.
"Artıq martın ortalarında yardım göstəriləcək", - Blaşçak əlavə edib.
Onun sözlərinə görə, tank koalisiyasına yeni ölkələr qoşulur. Polşalı nazirin izah etdiyi kimi, Almaniya Leopard 2A6, Polşa isə Leopard 2A4 tanklarına malik ölkələrin koalisiyasını yaradır.
"Norveç bu gün Kanada və İspaniyanın onsuz da konkret bəyannamələrinə qoşulub. Biz çalışırıq ki, Finlandiya da belə tankları ötürsün. Bu gün Finlandiya naziri belə bir qərara yaxın olduğunu bildirib", - Blaşçak bildirib.
Tərcümə:Nigar
Oxu24.com
ŞƏRHLƏR