Türkiyə Prezidenti iş təyyarəsinin yardım üçün bölgəyə göstərilməsi barədə göstəriş verib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində işləmək üçün axtarış-xilasetmə və sağlamlıq qruplarına ayrılan təyyarələrdən biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətinə yola düşüb.
Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, torakal cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri var.
Bölgəyə personaldan əlavə sağlamlıq ləvazimatları, generatorlar, qida və geyim materialları da təyyarələrlə daşınacaq.
Təyyarələrin bölgədəki yaralıları qayıdarkən Ankaraya aparacağı öyrənilib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR